Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.
Vətəninfo.az-ın Qol.az-a istinadla məlumatına görə, çempionatın ilk günündə güləşçilərimiz 1 qızıl və 3 bürünc medal əldə edib. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.
İkinci yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub.
Güləşçilərimizdən yalnız ağır çəkidə mübarizə aparan Alimaqomed Alixmayev (100 kq) mübarizəni finala qədər davam etdirib. Türkiyə, Bolqarıstan və Gürcüstan pəhləvanları üzərində inamlı qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə təmsilçimizin rəqibi Ermənistan idmançısı olub. Bir dəqiqə ərzində rəqibini böyük hesablı məğlubiyyətə məcbur edən idmançımız Avropa çempionatının qızıl medalına sahib olub.
Digər güləşçilərimiz mübarizəni erkən mərhələdə dayandırıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL