Gürcüstan müdafiə naziri İrakli Alasaniyanın baş nazir tərəfindən istefaya göndərilməsindən sonra daha bir nazir istefa verib.
Vətəninfo.az-ın Publika.az-a istinadən verdiyi məlumata görə, bu avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvilidir.
"Diktatura yaxındır, demokratiya təhlükədədir, mən gedirəm”, - deyə A.Petriaşvili "Maestro" telekanalının birbaşa efirində deyib. Petriaşvilinin sözlərinə görə, o, sabah rəsmən istefasını elan edəcək.
Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze müdafiə naziri İ.Alasaniyanın istefaya göndərilməsindən sonra onun komandasında olan bütün hökumət üzvlərinin istefasının istisna edilimədiyini bildirmişdi.
Əlavə edək ki, istefaya göndərilən İ.Alasaniya "Bizim Gürcüstanımız – Azad demokratlardır" Partiyasına rəhbərlik edir.Alasaniyanın partiyasını təmsil edən nazirlər isə xarici işlər naziri Maya Pandjikidze, ədliyyə naziri Teya Sulukiani və avrointeqrasiya üzrə dövlət naziri A.Petriaşvilidir.
Hazırda əsas məsələ İ.Alasaniyanın partiyasının "Gürcü arzusu” koalisiyanı tərk edib-etməyəcəyidir. Əgər belə bir qərar qəbul edilərsə, koalisiya parlamentdəki 10 deputat mandatını itirəcək. Bu isə koalisiyaya parlamentdə əksəriyyəti saxlamağa imkan verməyəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR