Xalq artisti Habil Əliyevin vəziyyəti yenidən ağırlaşıb. O, komaya düşüb.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, bunu kaman ustasının qızı Vəfa Əliyeva deyib. Onun sözlərinə görə, atasını gecə saat 03 radələrində şiddətli ağrılar tutub və buna görə də danışmağı və nəfəs alması çətinləşib.
"Atam hazırda evdə müayinə edilir. Lakin vəziyyəti tamamailə ağırdır. Artıq xəstəxanaya da getmək istəmir. İstəyirik ki son anlarını bizimlə keçirsin." - deyə Vəfa Əliyeva bildirib.
Hazırda Mərkəzi Klinik Xəstəxananın həkim kollektivi sənətkarın evində müayinə aparır.
Xatırladaq ki, 89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Xəstəxanada səhhəti normallaşan Habil Əliyev müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL