Xalq artisti Habil Əliyevin səhhəti yenidən ağırlaşıb.
Vətəninfo.az "Trend"ə istinadla xəbər verir ki, bunu xalq artistinin qızı Vəfa Əliyeva deyib. Onun sözlərinə görə, hazırda reanimasiya şəraitində həkim nəzarətində olan H.Əliyev hələ də nəfəs aparatına qoşulu olaraq qalır.
Onun nə vaxt nəfəs aparatından ayrılacağının hələlik məlum olmadığını deyən V.Əliyeva qeyd edib ki, atası həkimlərin ciddi nəzarətindədir: "Dünən səhhəti bir az normallaşmışdı, bu gün yenidən onun vəziyyəti ağırlaşıb. Allahın köməkliyi ilə tez bir zamanda yəqin ki, sağalıb ayağa qalxar".
Qeyd edək ki, xalq artsiti H.Əliyev ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL