“Diktaturaya xoş gəldiniz”
Vətəninfo.az xəbər verir ki, İstanbul millət vəkili Hakan Şükür Türkiyə Böyük Millət Məclisində qəbul edilən “Daxili Təhlükəsizlik” qanunu ilə bağlı “Twitter”də mövcud səhifəsindən sərt açıqlama paylaşıb. Türk futbolunun kralı və TBMM-nin üzvü Hakan Şükür “ Diktatura və çevriliş zamanına xoş gəldiniz” yazaraq öz ehtirazını bildirib. Şükür açıqlamasında "Adına daxili təhlükəsizlik qanunumu deyirsiniz, istibdat başlanğıcımı, mühabərat dövlətimi bilmirəm,artıq şəxsi azadlıqlarınızı hökumət əlinizdən aldı. Məclisdə qəbul edilən daxili təhlükəsizlik qanunu ilə polis size prokrorsuz,məhkəmə qərarı olmadan gəlib apara bilər.Haramı? artıq bu polisin insafına qalıb! Misal; məhkəmə və prokrorluq qərarı olmadan polis sizi heç kimə xəbər vermədən 48 saat gözaltına ala bilər. diktatura zamanına xoş gəldiniz” deyib.

Hakan Şükür yayımladığı açıqlamasında bir vaxtlar üzvü olduğu partiyanın lideri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da bostanına daş atıb.
Hakan Şükürün yaydığı bəyanatda deyilir:
"Allah kiməsə səf müdafiə olunacaq qdər cahil, doğrunu inkar edəcək qədər nankor etməsin. Gecə yarısı sadəcə daxili təhlükəsizlik paketini deyil, eyni zamanda prezidentə örtülü ödənək verən qanunu da TBMM-də qəbul elədilər. Diqqət edin təhlükəsizlik və pul”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR