Amerikanın Sony Pictures kompaniyasının hakerlər tərəfindən ələ keçirilmiş sənədləri internetdə peyda olub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hakerlərin hücumu nəticəsində itmiş məlumatlar arxivini WikiLeaks təşkilatı öz saytında yerləşdirib. Bundan sonra hər kəs korporasiyanın 178 min elektron məktubunu rahat şəkildə oxuya bilər.
Yazışmaların içərisində Sony şirkətinin ABŞ-ın Demokrat Partiyası ilə sıx əlaqələrinin olması barədə sübutlar var. Belə ki, şirkət nümayəndələri amerikalı siyasətçilərlə internet-təhlükəsizliyi məsələlərini müzakirə edib, həmçinin seçki kampaniyalarına ianələr köçürüb.
Kompaniyanın rəhbərliyi artıq WikiLeaks-i oğurlanmış məxfi informasiyanı yaymaqda ittiham edib.
Qeyd edək ki, 2014-cü ilin noyabr ayında naməlum hakerlər Şimali Koreya lideri Kim Çen In haqda çəkilmiş “Müsahibə” kinokomediyasının yayımlanmasını ləğv etməyəcəyi təqdirdə Sony Pictures şirkətini kiber-hücumlarla hədələmişdilər. Bundan sonra korporasiyanın elektron təhlükəsizlik sistemini qırmağa nail olan hakerlər hələ baxışa çıxmamış filmləri açıq istifadəyə qoymuşdular. O zaman haker hücumlarında rəsmi Pxenyan ittiham olunsa da, Şimali Koreya bunu təkzib etmişdi.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR