Bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin sayı ildən-ilə artır. Ən xoşagəlməz hal isə məktəblilərin də narkotik maddədən istifadə etməsidir. 4-10-cu siniflərdə oxuyan şagirdlərin narkotikdən asılı olması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Ümumiyyətlə, ümumtəhsil müəssisələri ətrafında narkotik maddələrin satışının həyata keçirilməsi və şagirdlərin nəzarətsizliyi nəticəsində asılı vəziyyətə düşməsi, hər halda xoş qarşılanmayan məqamdır. Bəs bununla bağlı aidiyyəti qurumlar hər hansı addım atırlarmı?
Vizual.az xəbər verir ki, Təhsil NazirliyindənModern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, respublikanın ümumtəhsil müəssisələrində şagirdlərin narkotik vasitələrdən istifadəsi ilə bağlı nazirliyə hər hansı rəsmi məlumat daxil olmayıb.
Qeyd edilib ki, son günlər bəzi saytlarda yayılan xəbərlərdə isə məktəblilərlə bağlı konkret heç bir fakt qeyd edilmədiyindən, bunu araşdırmaq mümkün olmayıb:
"Ümumiyyətlə, respublikada narkoloji nəzarət sahəsində həyata keçirilən tədbirlər "Narkoloji xidmət və nəzarət haqqında” qanunla tənzimlənir. Gələcəkdə belə hallar aşkar olunarsa, qanunda nəzərdə tutulan müvafiq qurumlar tərəfindən zəruri işlər görüləcək”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL