Səhiyyə Nazirliyinin "Həkim axtarış sistemi” xidməti "Elektron hökumət” portalına inteqrasiya edilərək vətəndaşların istifadəsinə verilib.
Vətəninfo.az xəbər verir ki, "Elektron hökumət” portalının operatoru Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar bu elektron xidmət vasitəsilə asanlıqla həkimlərin işlədiyi müəssisə, onların vəzifəsi, təhsili, əlaqə nömrəsi və s. barədə məlumatları əldə edə biləcəklər. Bunun üçün "Elektron hökumət” portalında Səhiyyə Nazirliyinin elektron xidmətləri arasından "Həkim axtarış sistemi” elektron xidmətini seçib həkimin adı, soyadı, ixtisası, işlədiyi şəhər və ya rayon barədə məlumatları daxil etmək lazımdı. Vətəndaşlar bu xidmətdən autentifikasiyadan keçmədən yararlana bilərlər.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən portal üzərindən 33 elektron xidmət təqdim olunub.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri