Britaniyalı triatlonçu Helen Cenkins zədə səbəbindən “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edə bilməyəcək.
Helen Cenkinsin Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qatılmamasına səbəb dizindən aldığı zədə olub.
Dünya və Olimpiya çempionu Helen Cenkins deyib: “Bakıya gedə bilməyəcəyim üçün çox məyus oldum. Əfsuslar olsun ki, Britaniya komandasına kömək edə bilməyəcəyəm. Ayağımdakı zədə səbəbindən bir müddət məşqlərdən və yarışlardan uzaq qaldım. Bu dəfə isə dizimdən zədələndim”.
İkiqat dünya çempionu və ikiqat Olimpiya çempionu H.Cenkins Cənubi Afrikada Dünya Triatlon Seriyasında yarışmazdan əvvəl doqquz ay yarışlardan kənar qalmışdı. 2008-ci və 2011-ci illərdə İTU üzrə dünya titulunu qazanmış 31 yaşlı bu idmançı əvvəllər dabaq fasiti, sonralar isə ayaq problemindən əziyyət çəkmişdi.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL