“Həsən bəy Zərdabi” mükafatı təqdim olunub

“Həsən bəy Zərdabi” mükafatı təqdim olunub

İyunun 21-də Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Azərbaycan mətbuatının 140 illik münasibətilə bir qrup jurnalistə "Həsən bəy Zərdabi” mükafatı təqdim edib.

Aynur Kərimli (BDU, jurnalistika fakültəsi) jurnalistikanın tədrisindəki uğurlarına və elmi nailiyyətlərinə; Rövşanə Asəfqızı (ANS TV) "Bazar səhəri” proqramına; Mənzərə Sadıqova (publisist) "YaşaM” fəlsəfi - publisistik kitabına; Rafiq Hacıyev (AJB üzvü) hüquq - ədliyyə və kriminalistika sahəsində silsilə məqalələrinə; Məhsim Məhsimov (Region TV Xaçmaz) bölgə televiziyasının inkişafına verdiyi dəstəyə; Səmayə Məmmədova (Gənclər və Idman Nazirliyi) ictimaiyyət və mətbuatla əlaqələrin qurulmasında uğurlarına; Vüsalə Məmmədova (Lent.az) publisistik; Yeganə Nəbiyeva ("Mingəçevir işıqları” qəzeti) region mətbuatının inkişafında fəallığına; Sevda Sultanova (Kulis.az) isə mədəniyyət sahəsində yazılarına görə Zərdabi mükafatı alıblar.

Mükafatçılar sırasında həmçinin, "Turan” informasiya agentliyinin və "Amerikanın səsi”nin əməkdaşı Tapdıq Fərhadoğlu, "Azadlıq" qəzetinin köşə yazarı Səadət Cahangir, Aida Eyvazlı (Kulturaplus.az); "Sehrli dünya” jurnalının baş redaktoru Gülzar Ibrahimova; "Ekspress” qəzetinin əməkdaşı Qalib Məmmədli və "Xalq qəzeti”nin əməkdaşı Əli Nəcəfxanlının da adı var.

Qaynar.info



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az