“Həyəcan siqnalı” layihəsinin növbəti təlimləri keçirilib

“Həyəcan siqnalı” layihəsinin növbəti təlimləri keçirilib
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçı dəstəyi, Türkan Nadirqızının təşkilatçılığı ilə həyata keçirilən "Həyəcan siqnalı” layihəsinin növbəti təlimləri keçirilib.

Vətəninfo.az xəbər verir ki, layihə iştirakçılarına Azərbaycanın tanınmış jurnalisti, Ekspert Mərkəzinin (JEM) İdarə Heyətinin sədri Nicat Dağlar tərəfindən "Hərbi informasiya nədir”, "Hərbi jurnalistikanın Azərbaycanda tarixi” və s. kimi mövzularda təlim keçirilib və maraqlı diskussiya aparılıb. "Diqqət, düşmən mətbuatıdır!" layihəsinin rəhbəri olan N.Dağlar jurnalistlərə söz azadlığı və hərbi jurnalistika haqqında danışıb. Sonra N.Dağlar tərəfindən jurnalistlərin bir-birindən maraqlı sualları cavablandırılıb.

Daha sonra isə ehtiyatda olan mayor, ANS-in "Marş” hərbi vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısı Rahib Qərib gənc jurnalistlərə hərbi informasiyanın düzgün verilmə qaydası haqqında təlim keçdi. R.Qərib bəzi saytların yaydığı yalan məlumatlar, bunun jurnalist etikasına zidd olması və hərbi jurnalistikada düzgün informasiya verilməsi probleminə də toxundu.  

Eyni zamanda R.Qərib hərbi jurnalistikayla yanaşı, jurnalistikada olan dil probleminə də toxundu. Sonda R.Qərib maraqlı xatirələrini jurnalistlərlə bölüşdü.

Təlimlərin sonunda isə jurnalistlər üçün "Həyəcan günü” elan edilmişdir. Müəyyən edilən müddət ərzində jurnalistlər onlara verilən hərbi informasiyaya qarşı münasibətlərini yazılı formada bildirərək, verilən tapşırığı yerinə yetiriblər.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az