"Təxminən iki ay bundan qabaq Helsinki Vətəndaş
Assambleyasının Dağlıq Qarabağdakı nümayəndələri Karen Ohacanyan və
Stepan Caha azərbaycanlı girovlara baş çəkiblər. Onlar Dilqəm Əsgərov və
Şahbaz Quliyevin vəziyyətini öyrənəndən sonra bildiriblər ki,
soydaşlarımızın günahı yoxdur”.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, bunu Helsinki Vətəndaş Assambleyasının Azərbaycan
Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva deyib.
Onun sözlərinə görə sözügedən təşkilatın Dağlıq Qarabağ üzrə nümayəndələri bu qənaətdədir ki, azərbaycanlı girovlar günahsızdırlar.
Arzu Abdullayeva bildirib ki, erməni nümayəndələr Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində çalışırlar.
Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan hökuməti razılıq versə, özü
də Dağlıq Qarabağa gedib həmyerlilərimizin hüquqlarını müdafiə edər.
"Azərbaycan hökuməti etiraz etməsə və mənə köməklik edilərsə, canla-başla işğal altındakı ərazilərimizə gedib Dilqəm və Şahbaza baş çəkərəm, onların vəziyyəti ilə yaxından maraqlanaram”.
Dilqəm
Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Azərbaycanın işğal
edilmiş bölgəsinə - öz doğma torpaqlarına səfər edərkən Kəlbəcər rayonu
ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb.
Onlarla birgə getmiş digər azərbaycanlı Həsən Həsənov isə qətlə
yetirildikdən sonra meyiti Azərbaycana qaytarılıb.
Dağlıq
Qarabağdakı separatçı rejimdə keçirilən "məhkəmə prosesində” qondarma
ittihamlarla Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs
cəzası verilib.