Nəhayət çoxdan gözlənilən böyük gün gəlib çatdı. Vətəninfo.az saytı xəbər verir ki, Azərbaycanın paytaxtı Bakıda I Avropa Oyunlarının təntənəli açılış mərasimi başladı.

Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasiminə dünyanın müxtəlif ölkələrinin dövlət başçıları, idmançılar, xarici turistlər, Azərbaycan vətəndaşları qatılıblar.

Mərasim Azərbaycanın xalq artisti Alim Qasımovun ifası ilə başlayıb.

Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən ilk Avropa Oyunlarını tarixi hadisə adlandırırlar.
I Avropa Oyunlarında qitənin 6 mindən artıq idmançısı yarışacaq. 17 günlük yarışda qitənin ən yaxşı idmançıları 20 idman növü üzrə mübarizə aparacaqlar. Onlar sadəcə ilk Avropa Oyunlarının medalına sahib olmayacaqlar, eyni zamanda 12 idman növü üzrə Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

68 minlik tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunu müasir arxitektura üslubu, əzəməti ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion 6 mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olan arenada VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri var. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var.
Bakı 2015-in simvolu ceyran və nardır.


TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL