III turun ilk təyinatları açıqlandı: AÇ-2016
Fransada keçirilən Avropa çempionatında daha 2 oyunun hakimləri müəyyənləşib.
Miq.az apasport.az-a istinadən bildirir ki, UEFA A qrupunda baş tutacaq III tur qarşılaşmalarının referilərini açıqlayıb.
Ev sahibləri Fransa millisinin İsveçrə ilə birincilik uğrunda mübarizəsini sloveniyalı Damir Skomina idarə edəcək. Rumıniya - Albaniya görüşündə isə çexiyalı Pavel Kraloveç fit çalacaq.
Avropa çempionatı - 2016
19 iyun
A qrupu
23:00. Rumıniya - Albaniya
Baş hakim: Pavel Kraloveç
Yan xətt hakimləri: Roman Slişko, Tomaş Mokruş
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (hamısı Çexiya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Lion. Şəhər stadionu
23:00. İsveçrə - Fransa
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Marko Frits (Almaniya)
Lill. "Pyerr-Morua" stadionu
Miq.az