Vətəninfo.az-ın "Trend"ə istinadla məlumatına görə, sentyabrın 14-də saat 21 radələrində T.Elçin küçəsində Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Sevil İsmayılovaya zor tədbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə talayıblar.
Səbayel Rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əsgərov tutulub.
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 6-da axşam saatlarında Azadlıq prospektində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kamal Dünyamalıyevi bıçaqla hədələyərək 11 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Asif Fərrux oğlu Baxşıyev tutulub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL