İmtahan nəticələrinin elan olunacağı vaxt açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiaysı iyulun 25-də
II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş
qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarında elan etməyi
nəzərdə tutur. Nəticələr elan olunduqdan sonra abituriyentlər
öz imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini
7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər. Müsabiqə şərtlərinə
əsasən I,II,III və IV qruplar üzrə müsabiqədə ümumi balı 200-dən, hər
bir fənn üzrə minimal balı 10-dan az olamayan abituriyentlər iştirak edə
bilərlər. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan
abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas
seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.
Vətəninfo.az