Sentyabrın 22-də Çin Xalq Respublikasının sədri Si Tszinpinin ABŞ-a ilk rəsmi səfəri başlayır.
Vətəninfo.az xəbər verir ki, APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, əvvəlcə Si Tszinpin Sietldə ABŞ-Çin münasibətləri üzrə Milli Komitənin və ABŞ-Çin işgüzar Şurasının təşkil etdiyi qəbulda çıxış edəcək.
Sentyabrın 23-də Çin Xalq Respublikasının sədri ABŞ-ın sabiq Ticarət naziri Henri Paulsonun təşkil etdiyi "dəyirmi masa”nın iştirakçısı olacaq, "Boeing” şirkətinin Everett şəhərindəki (Vaşinqton ştatı) müəssisinə baş çəkəcək və informasiya texnologiyalarına həsr edilmiş irimiqyaslı foruma qatılacaq.
Sentyabrın 24-də Si Tszinpin Vaşinqtonda ABŞ prezidenti Barak Obama, dövlət katibi Con Kerri, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Syuzan Rays və vitse-prezident Co Baydenlə görüşəcək. Çin dövlət başçısının həmçinin ABŞ Konqresinin liderləri ilə görüşü də nəzərdə tutulub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL