Vətəninfo.az xəbər verir ki, bu gün səhər saatlarında Gəncə şəhərində baş verən yol qəzası nəticəsində bir mağaza dağılıb. Gəncə şəhər Dövlət Yol Polis İdarəsinin təhqiqatçısı Ramin Fətullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə saat 05:00 radələrində Vaqif küçəsi 110 ünvanında baş verib. Belə ki, Mübariz Eyyub oğlu İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı, 20 DJ 447 dövlət nömrə nişanlı avtomobillə Sərxan Nurəddin oğlu Alıyevin idarə etdiyi “İnfiniti” markalı, 20 DH 677 nömrəli avtomobil toqquşub.
Qəzadan sonra zərbənin təsirindən “İnfiniti” markalı avtomobil həmin ərazidəki mağazaya çırpılıb. Nəticədə mağaza dağılıb. Mağazanın sahibəsi Vüsalə Əhmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, qəza baş verəndən sonra əraziyə gedib və görüb ki, dükan tamamilə dağılıb.
“Avtoobilin sürücüsünü polis apardı. Polis şöbəsində də olduq. Şikayət etdik. Dedilər istintaq aparılacaq. İndi zərərin kim tərəfindən ödəniləcəyi barədə hələlik bizə heç nə demirlər”, - deyə Vüsalə Əhmədova bildirib. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR