İran bütün ərzaq məhsullarının ixracını qadağan etdi

İran bütün ərzaq məhsullarının ixracını qadağan etdi
İran hökuməti bütün ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını qadağan etmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hökumət qida məhsullarının ixracını qadağan etməklə ölkədəki mövcud şəraitə uyğun olaraq, insanların zəruri ehtiyaclarını ödəməyi prioritetləşdirib.
Qərar növbəti xəbərdarlığa qədər qüvvədə qalacaq.
Qeyd edək ki, bundan əvvəl İranda yumurta, kartof, pomidor və xurmanın ixracına qadağa qoyulduğu bildirilmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az