İran Türkiyə ilə sərhədində Gürbulaq-Bazargan Gömrük keçid məntəqəsini bağladığını bəyan edib.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, bu haqda İranın Yol və Şəhər Planlaşdırma nazirinin köməkçisi Davud Keşaverziyan məlumat verib.
Nazirlik rəsmisinin sözlərinə görə, İran və Türkiyə arasındakı ən böyük keçid qapısı olan Gürbulaq-Bazargan Gömrük keçid məntəqəsinin yalnız İran tərəfinə aid olan hissəsi bağlanıb. Türkiyə tərəfdən isə sərhəd məntəqəsi öz işini normal qaydada davam etdirir.
Açıqlamada sərhəd keçid məntəqəsinin bağlanmasına İran nömrəli bir yük maşının Türkiyə ərazisində silahlı hücüma məruz qalmasından sonra qərar verlidiyi bildirilir.
Gürbulaq-Bazargan sərhəd keçid məntəqəsində tıxac
Gürbulaq-Bazargan sərhəd keçid məntəqəsində tıxac
Sərhədin bağlanmasına Türkiyə tərəfinin razılığı əsasında qərar verilib. Keşaverziyan bildirib ki, Türkiyədən gələn bütün avtomobillər İran ərazisinə sərbəst daxil ola bilərlər.
Keşaverziyan həmçinin İran avtomobillərinin atəşə tutulması faktına görə, Türkiyə səfiri Rıza Hakan ilə görüşdüyünü və ona bu məsələ ilə bağlı etirazinin bildirdiyini söyləyib.

Gürbulaq-Bazargan sərhəd keçid məntəqəsi
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL