Tehran rəsmiləri yanğında xəsarət alan şagirdlərin dərman xərcini təmin etməyib 2012 ilində Qərbi Azərbaycanda yanğında xəsarət alan məktəbli qızlar təhsil nazirliyi önündə aksiya keçirib
Vətəninfo.az İran mediasına istinadən xəbər verir ki, 2012-ci ilin dekabrında Qərbi Azərbaycan vilayətində məktəbdə baş verən yanğın zamanı xəsarət alan qız uşaqları İranın Təhsil Nazirliyi önündə toplaşaraq nazirliyin onların dərman xərcini təminində əməkdaşlıq etmədiyinə etiraz bildiriblər.
Etirazlarını nümayiş etdirmək üçün Tehrana səfər edən şagirdlər və ailələrinin mətbuata verdiyi məlumata görə, İranın təhsil nazirliyi dərman və dərman xərcinin təmini istiqamətində onlarla əməkdaşlıq etməyib.
2012-ci il dekabr ayının 5-də, Qərbi Azərbaycan vilayətinin Xana (Piranşəhr) şəhərinin yaxınlığında yerləşən Şinabad kəndində baş verən məktəb yanğını zamanı 30-a yaxın məktəbli qız ağır xəsarət almışdı. Şagirdlərin ikisi daha sonra aldığı ağır yaralar üzündən vəfat etdi.
Əhalisinin əksəriyyəti Azərbaycan kürdlərindən ibarət olan Xana şəhərinin rəsmi adı Piranşəhrdir. Şəhər Qərbi Azərbaycan-İraq sərhəddində yerləşir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR