Azərbaycan vətəndaşı Hüseynov Elnur Əlirza oğlu piyada yolla İrandan Azərbaycana gələrkən, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində onun üzərində şəxsi yoxlama aparılıb.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, şəxsi yoxlama zamanı E. Hüseynovun daxili orqanı - düz bağırsağından üç ədəd bükümdə, ümumi xalis çəkisi 9.515 qram narkotik vasitə - həşiş qətranı aşkarlanaraq götürülüb.
Azərbaycan vətəndaşı Mirzəyev Şahmar Calaləddin oğlu piyada yolla İrandan Azərbaycana gələrkən, Astara Gömrük İdarəsinin əməkdaşları onun üzərində şəxsi yoxlama aparıb. Şəxsi yoxlama nəticəsində Ş. Mirzəyevin ayaqqabısının hər iki tayının içərisində, polietilen paketlərdə 98 ədəd, əyninə geyindiyi şalvarın bel hissəsində kəsilib doğranmış vəziyyətdə 149 həb olmaqla, cəmi 247 ədəd təsiredici maddəsinin xalis çəkisi 9.88 qram olan narkotik vasitə - metadon və ayaqqabının sol tayının daban hissəsində bir ədəd polietilen bükümdə xalis çəkisi 12.06 qram olan narkotik vasitə - tiryək aşkar olunub.
Faktlarla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL