İş vaxtının dəyişməsi marşruta təsir edəcək
Azərbaycanda iş qrafikinin dəyişdirilməsilə bağlı sərnişinnəqliyyatın qrafiklərində də dəyişiklik ola bilər.
Baku.ws-ə bildirir ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, hazırda Bakıda sərnişinnəqliyyat sistemi iş qrafikinə uyğun səhər saat 06:00-dan axşam saat 00:00-a qədər təşkil edir.
"Əgər ehtiyac yaranarsa, istisna olunmur ki, paytaxtda avtobuslar saat 6-dan tez gələ bilər", - deyə Namiq Həsənov bildirib. Bakı Metropolitenindən də bildirilib ki, əgər zərurət yaranarsa, metronun iş qrafikində artım ola bilər. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Vətəninfo.az