ABŞ və İraq rəhbərləri apreldə Vaşinqtonda görüşəcəklər
İraqın baş naziri Heydər əl-Abadin bu il aprelin 14-də ABŞ-a səfərdə olacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Ağ ev açıqlama yayıb.
Bildirilib ki, baş nazirin Vaşinqtona səfəri zamanı İŞİD militantlarına qarşı davam edən döyüşlər müzakirə olunacaq. Bu, Heydər əl-Abadinin ötən ilin avqustunda baş nazir olduğundan bəri Birləşmiş Ştatlara ilk səfəri olacaq.
Prezident Barak Obama ilə görüş zamanı iki ölkə arasında genişmiqyaslı əməkdaşlıq məsələləri, o cümlədən siyasi, iqtisadi və mədəni əlaqələr diqqət mərkəzində saxlanılacaq.
Xatırladaq ki, ABŞ İraq və Suriyada döyüşən İŞİD yaraqlılarına qarşı hava hücumları təşkil edən koalisiyaya başçılıq edir. Quruda isə İraq qoşunları şiə militantları və kürd qüvvələri ilə birləşib İraq və Suriyanın bir hissəsini ələ keçirən İŞİD-i məhv etməyə çalışırlar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR