Son günlərdə Suriyada kürd və türkmən bölgələrinə hücumlarını gücləndirən İŞİD terror təşkilatı Qərbə doğru irəliləməyə başlayıb.
Vətəninfo.az-ın məlumatına görə, Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı Aralıq dənizinə çıxış əldə etmək üçün Türkiyəyə yaxın bəzi bölgələri də ələ keçirib.
İŞİD silahlılarının Suriyanın şimalında irəlilədiyi və Öncüpınar sərhəd qapısına yaxınlaşdığı bildirilir. İŞİD-in son qələbələri ilə Hələbə uzanan “can damarı”nı kəsəcəyi, eyni zamanda Türkiyəyə yeni bir köç dalğasının başlaya biləcəyi deyilir. Terror təşkilatından qaçan təxminən 500 suriyalı Şanlıurfa vilayətinin sərhədinə gəlib. Türkiyəyə sığınmaq istəyən qrup sərhəd xəttində gözləyir. Türkiyənin təhlükəsizlik gücləri onların sərhədi keçməsinə icazə verməyib.
Bomba yüklü avtomobillərlə kürd bölgəsindəki Sovaran qəsəbəsini ələ keçirən İŞİD qəsəbədən şimalda yerləşən kürd şəhəri Afrinə doğru hərəkət edir. Terror təşkilatı Suriya müxalifətinin nəzarətində olan və türkmənlərin sıx yaşadığı Hələb ətrafındakı bəzi əraziləri ələ keçirib. Qərbə - Aralıq dənizinə doğru irəliləyişini hər gün davam etdirən təşkilatın məqsədinə çatması üçün yalnız 150 kilometr qalıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL