Mosulda İŞİD-in Maliyyə naziri Zalən əl-Afəri öldürülüb. Məlumata görə, sui-qəsdi “Mosulun Müstəqil Gəncliyi” adlı təşkilat törədib. Gənclər İŞİD nazirini “cihad nigahı”nı qəbul etməyən əsir qadınların cəzalandırılması üçün tikilən həbsxananın açılışında qətlə yetiriblər.
Vəhhabiliyə görə, əsir alınan istənilən qadın istənilən müddətə cihad edən şəxsin nigahına girə bilər. Bunun üçün mücahidin əlini onun çiyninə qoyub üç dəfə “Allah ü Əkbər” deməsi kifayətdir. İŞİD-çilər bu fitvadan istifadə edərək əsir qadınları bir-birinə sata və hədiyyə də edə bilirlər.
Görünür, bu taleylə barışmaq istəməyən qadınları “islah” niyyətilə Mosulda xüsusi həbsxananın inşasına ehtiyac hiss olunub və İŞİD-in maliyyə naziri də onun açılışında iştirak edirmiş. Ağlasığmaz fitva və əməllərdən cana doyan Mosul gəncləri də bunun qisasını almaq üçün canları bahasına sui-qəsd törətməyə qərar veriblər.
Öldürülən Zalən əl-Afəri əvvəllər İraq ordusunda zabit imiş. O, 2004-cü ildə İŞİD-ə qoşulub. Afərinin əl-Qaidənin qurucu liderlərindən Zərkaviyə və İŞİD-in ilk “xəlifəsi” Əbubəkr Bağdadiyə yaxın biri olduğu bildirilir.
Strateq.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL