İŞiD-in hücum etməsi nəticəsində 200-dən çox adamın həyatını itirdiyi Kobanidə onlarla uşaq yetim qalıb.

Onlardan yaralı və köməyə ehtiyacı olanlar Urfa, Suruç və Diyarbəkirdə müalicə görürlər.
Musavat.com xəbər verir ki, hələ 1 yaşında olan Maya Esmer ilə 3 yaşlı Roza Esmer Kobaninin Berxbotan kəndindəndirlər. İŞİD üzvləri Berxbotan kəndinə girərək gənc, yaşlı, qadın, uşaq ayırd etmədən 26 adamı qətl ediblər.
Kənd sakinlərindən biri olan Fatma Əsmər, qızları Maya ilə Rozayı qucağına alaraq, uşaqlarını İŞİD-in əlindən xilas etmək üçün evdən uzaqlaşmağa çalışıb. Bu zaman İŞİD-çilər onlara atəş açmağa başlayıblar. Bu zaman uşaqları üçün bədənini sipər edən ana, sinəsindən vurularaq evin həyətində həyatını itirib.
Hücum zamanı üç yaşındakı Rozanın sol əlinə güllə dəyib və iki barmağı qopub. Evdə çıxan yanğın nəticəsində 1 yaşlı Mayanın da ombasında yanıqlar meydana gəlib. Onlar Türkiyə tərəfində müalicə alırlar. Daha onlarla uşaq ya yetim qalıblar, ya da yaralanıblar.
Musavat.com
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL