İsrail gəmisi Rusiyanın blokadasını yardı - İlk dəfə
İsrailin "Ams1” yük gəmisi Rusiyanın Qara dənizdəki blokadasını yararaq Dunayın mənsəbinə daxil olub. Onun ardınca Yunanıstan və Türkiyəyə məxsus gəmilər hərəkət edib.
Miq.Az xəbər verir ki, bunu OSİNT nümayəndəsi Markus Conson məlumat verib.
"Ams1” Dunayın Ukrayna hissəsinə daxil olub. Bu, iyulun 25-də Reninin bombalanmasından sonra Rusiyanın Qara dəniz blokadasını yaran ilk gəmidir”, - Conson bildirib.
Onun sözlərinə görə, İsrail gəmisinin ardınca Yunanıstan və Türkiyə-Gürcüstan bayraqları altında üzən "Şahin 2” və "Yılmaz Kaptan” gəmiləri də Dunaya daxil olağa hazırlaşırlar.
Miq.Az