İlin ən isti günlərini yaşayırıq. İstilər hər kəsin çətin anlar yaşamasına səbəb olur. Ancaq qidalanmanızda diqqət edəcəyiniz bəzi detallar isti havalardan daha az təsirlənmənizə kömək edəcək.
Bu isti günlərdə sərinlik verən qidalardan faydalanmaq lazımdır. Bəs hansı yeməklər sərinləməyə və özünüzü daha fərəh hiss etmənizə yardım edəcək?
Vətəninfo.az lent.az-a istinadən isti yay günlərində rahatlıq və sərinlik gətirən qidaları təqdim edir.
Xiyar. Susuzluğu aparır. Yüksək lifli olduğu üçün tox hiss etdirir, su tərkibinə görə də susuzluğu aradan qaldırır.
Qarpız. Qan təzyiqini tənzimləyir. Yay aylarında ən çox yeyilən meyvələrin başında gələn qarpız potasium, liflə zəngindir, həzm sistemi üçün faydalı olub, ürək sağlamlığına müsbət təsirləri də var. Yüksək su tərkibli olduğu üçün sərinlik verir. Gündə 3-4 dilim yeyə bilərsiz. Çox yesəniz, kökələ bilərsiz.
Dovğa. Sərinlik verir. Tərkibindəki noxud qida dəyərini artırır. İçinə təzə nanə yarpaqları da qata bilərsiz.
Çiyələk. C vitamini, folat və antioksidan tərkibi ilə diqqət çəkən çiyələk, yüksək su tərkibi ilə sərinləməyə yardım edir. Çiyələkdən yay ayında sərinlədən parktik "smoothie" də hazırlaya bilərsiz. Bunun üçün yarım stəkan süd, yarım stəkan qatıq, 7-8 ədəd çiyələk və buz lazım olacaq.
Mineral su. Su və mineral itkisini əngəlləyir. Yay aylarında yaşanan tərləməylə bağlı su itkisi çox yaşanır. Gündə bir stəkan mineral su ilə həm bədəndən azalan maqnezium və kalsium minerallarını bərpa edə, həm də sərinləyə bilərsiz. Ancaq yüksək təzyiq və mədə probleminiz varsa, həkimlə məsləhətləşməyi unutmayın.
Nanə. Nanə mədə bulantısına qarşı faydalı olub, həzm sistemini tənzimləyir.
Buz və nanə əlavə edilmiş bir stəkan ayran yanan ciyərinizi sərinlədəcək.
Pərpəteyn ürəyinizi qoruyur. Ürək damar sağlığına faydalı olan Omega 3-lə zəngin, lif, vitamin, mineral tərkibli bu göyərti yay süfrələrində mütləq olmalıdır.
Qatıq maddələr mübadiləsini sürətləndirir. Kalsium tərkibi ilə sümüklərin güclənməsinə həm də maddələr mübadiləsinin daha sürətli işləməsinə kömək edir. Həzmi tənzimləyən qatıq süd içə bilməyənlər üçün də yaxşı alternativdir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ