Rusiyanın "Kommersant” qəzetinin yaradıcısı Vladimir Yakovlev bütün rusiyalıları uşaqlarını da götürüb ölkədən getməyə çağırıb.
O bu haqda özünün Facebook səhifəsində yazıb: "Rusiyada yaxın zamanda ağır küçə cinayətkarlığı baş verə bilər, vətəndaşların həyatı və sağlamlığı üçün real təhlükə yarana bilər”.
Jurnalist həmvətənlərinə müraciətində qeyd edir ki, əgər imkan varsa, çıxın gedin: "Ən başlıcası uşaqlarınızı da özünüzlə aparın. Ola bilər ki, həmişəlik yox, iki-üç aylıq (bu vizasız da mümkündür), altı aylıq gedəsiniz. Ancaq gedin. Əgər bu müddətdə heç nə baş verməzsə və situasiya normallaşarsa, mən səhv etdiyimə şad olaram.
Mən başa düşürəm ki, bu gün yaşları 25-30 olanlar belə ssenarinin reallığını hiss etmirlər. Mən həmin yaşda olanda hiss etmirdim. Ancaq bir dəfə məzuniyyətdən qayıdıb mənimlə yanaşı işıqforda tank və digər hərbi maşının dayandığını görəndə hər şeyi başa düşdüm”.
Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL