Azərbaycan kikboksçuları Rusiyanın Anapa şəhərində keçirilən dünya kubokunda uğurlu nəticələr əldə ediblər.
Bu barədə AZƏRTAC-a gənc və yeniyetmə kikboksçulardan ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov məlumat verib.
Fəxri kürsünün ən yüksək pilləsinə Çingiz Əhmədzadə, Anar Məmmədov (hər ikisi 51 kq) və Ramiz Məmmədov (57 kq) qalxıblar. Dünya kubokunun gümüş mükafatlarına Alim Qasımov (67 kq), Tapdıq Yusifov (86 kq), Orxan Məlikov və Vüqar Cavadov (hər ikisi 91 kq) layiq görülüblər. Bürünc medalla isə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Şikar Bədəlov təltif olunub.
Həmçinin "WAKO PRO” peşəkar döyüşdə Azərbaycan döyüşçüsü Ramiz Məmmədov (57 kq) Rusiya təmsilçisi Buvaysar Pasxayev üzərində qələbə qazanıb. Təmsilçimiz bu qələbə ilə "WAKO PRO” peşəkar turnirində aktivinə bir xal yazdırıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL