Yer kürəsi hər ötən il bir az da "qocalır”. Demi Mur isə əksinə, hər il daha təravətli görünür, gündən-günə gözəlləşir. Düzdür o, qırmızı xalı mərasimlərində, filmlərdə və ekranlarda çox az görünür. Buna baxmayaraq, hər çıxışı ilə onu sevənlərdə, xüsusən də, kişilərdə heyrət doğura bilir.
Vətəninfo.az Publika.az-a istinadən xəbər verir ki, aktrisa bu yaxınlarda "Salvatore Ferragamo” moda evinin təşkil etdiyi gecədə iştirak edib. Tədbirdə Demi olduqca cəlbedici və olduğundan cavan görünüb. Görənləri heyrətə salan bu gözəlin həmin tədbirdə çəkilən şəkilləri bizi də onun həyatı haqqında maraqlı məlumatları və illər ərzində çəkilmiş fotolarını toplamaq həvəsi yaradıb.
Məktəbdən qaçıb model biznesinə girişdi
Beləliklə, Demi Mur Amerikada, Rozuell şəhərində anadan olub. Uşaqlığı elə də yaxşı keçməyib. Belə ki, atası evə tez-tez sərxoş gəldiyindən ailədəki söz-söhbətlər, vaxtaşırı evlərini dəyişmək məcburiyyətində qalmaları onun həyatına təsirsiz ötüşməyib. Belə bir şəraitdə ali təhsil almaması, hətta məktəbi belə bitirmək istəməməsi yəqin ki, heç kim üçün təəccüblü deyil.16 yaşında təhsilini atıb model biznesinə, oradan da kino sahəsinə atılıb.
Onu xəyallarında yaşadan kişilərin sayı artdıqca Demi varlanırdı
Demi ilk rolunu 1981-ci ildə "Seçkilər" filmində oynaıb. Amma bu film ona şöhrət gətirməyib. Aktrisaya böyük uğuru "Kabus", "Həyasız təklifi" və əlbəttə ki, "Striptiz" filmi gətirib. Bu filmlərdən sonra dünyadakı kişilərin yarısı Mur haqqında xəyallara dalır, aktrisa isə Hollivudun ən çox qazananlarından birinə çevrilirdi.
Təəssüf ki, aktrisanın uğurları çox davam etməyib. Kommersiya cəhətdən uğursuz filmlər silsiləsindən sonra Demi Mur az-az görünüb.
Onun 3 böyük sevgisi
Demi Mur həyatında üç böyük sevgi yaşayıb. O, birinci dəfə rok-musiqi ifaçısı Freddi Mura ərə gedib. Hazırda daşıdığı soyadını da ondan alıb. Amma nikahının ömrü cəmi beş il davam edib. Demi Murun ikinci həyat yoldaşı Brüs Uillis olub. Bu nikahdan Murun 3 qızı var. Təəssüf ki, bu nikah da 13 ildən sonra ayrılıqla nəticələnib. Demi Murun 3-cü cəhdi də uğursuz olub. Özündən 15 yaş gənc və yaraşıqlı Eşton Katçerlə evliliyi də ayrılıqla başa çatıb.
Hazırda aktrisa subaydır.
İndi isə, sadəcə, gözəl olduğu üçün sevilir
Filmlərində və nikahlarında uğursuzluqlara mübtəla olan aktrisanın pərəstişkarları hələ də onunla maraqlanır. Bəlkə də elə bu diqqət və maraqdır ki, 52 yaşlı aktrisaya 40-dan artıq yaş vermək mümkün deyil.
Demi özünü əla formada saxlayır və həmişə dəbli görünür. Yeri gəlmişkən qeyd edək ki, aktrisa gəncliyini qorumaq üçün yoqa və pilateslə məşğul olur. Eyni zamanda, sağlam qidalanmağa çalışır.
Deyilənə görə, dərsinin gözəlliyini suya və yaşıl çaya borcludur. SPF tərkibli günəşdən qoruyucu kremlər çəkmədən havaya çıxmır.
Aktrisa saçı ilə də bir neçə dəfə eksperiment aparıb. Belə ki, Demi filmlərdəki rolu üçün əvvəlcə - 1990-ci ildə saçlarını kəsdirib, sonra - 1996-ci ildə isə keçəl olub. Bundan sonra aktrisa saçları ilə eksperimentlərini dayandıraraq gözəlliyi kimi, saçlarının da qayğısına qalıb. Artıq xeyli vaxtdır ki, uzun saç stilinə sadiqdir.
Demi cavan qalmaq üçün cərrah masasına da uzanıb. Ancaq bu barədə heç vaxt danışmayıb. Deyilənlərə görə, 52 yaşlı aktrisa sinəsini böyütmək, qırışlarını yox etmək üçün bir neçə dəfə estetik müdaxilələr etdirib. Murun gizlətmədiyi yeganə əməliyyat çəpgözlüyü ilə bağlı olandır.





1996

1999


2007

2008










2002-2003
2004-2005
2006-2007
2008-2009
2010-2011

2012-2013
2014-2015