2015-ci ilin iyununda Klaypeda limanına bütün tarixi ərzində ən iri gəmi - 324,8 metr uzunluğunda konteynerdaşıyan "MSC Charleaton” gəmisi yan alıb. Amma cəmi iki ay sonra bu rekord təzələnib: avqustun 11-də Klaypeda limanı uzunluğu 336,68 metr, eni 45,60 metr olan "MSC Asya” gəmisini qəbul edib.
Klaypeda Dövlət Dəniz Limanı direksiyasının baş direktoru Arvidas Vaytkus deyib: "İndiyədək okean gəmilərinə xidmət və konteynerlərin transşipment adlanan daha xırda gəmilər arasında bölüşdürülməsi funksiyasını Qərbi Avropanın Rotterdam, Antverpen, Hamburq və s. kimi daha iri limanları yerinə yetirirdi. Bundan sonra Klaypeda limanı da fider gəmilərlə yanaşı, konteynerdaşıyan okean gəmilərinə xidmət göstərəcək.. Bunu konteynerdaşıyan gəmilərin limana daxil olması sübut edir. Əminik ki, okean gəmilərinin limanımıza axını günbəgün artacaq”.
Yaxın gələcəkdə Klaypeda limanında konteynerlərin Baltik dənizinin digər regionlarının limanlarına yük daşıyan fider gəmilərinə paylaşdırılması nəzərdə tutulub. Bunula da başqa materiklərdən regiona konteynerlər daşıyan böyük gəmilərin Qərbi Avropanın ənənəvi limanlarında aralıq yük boşaltmalarına ehtiyac qalmayacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL