“Lavrovun Bakıya səfəri Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşməsi ilə bağlı olub”

“Lavrovun Bakıya səfəri Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşməsi ilə bağlı olub”

 "Azərbaycan Rusiya üçün xüsusi önəm daşıyan ölkədir. Xüsusən bu, Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşməsi və ABŞ ilə Avropa İttifaqının bu regionda Rusiyanın təsirini azaltmaq cəhdləri ilə bağlıdır. Ona görə də, hesab edirəm ki, Sergey Lavrovun Bakıya səfəri ritual xarakteri deyil, məhz məntiqi xarakter daşıyır”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin deyib.

 A. Muxin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi S. Lavrovun Bakıya səfəri zamanı müzakirə mövzularından biri olub: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu olduqca həssas mövzudur. Rusiya ilə Azərbaycan arasında aparılan hər hansı danışıqların sətiraltı məzmunu Dağlıq Qarabağ mövzusudur. Lakin maraqlısı odur ki, Dağlıq Qarabağ mövzusu əslində belə görüşlərdə Rusiya və Azərbaycan arasında müzakirə olunan məsələlərdən mətbuatın və ictimaiyyətin diqqətini yayındırmaq üçün yaxşı vasitədir. Lavrovun keçirdiyi görüşlərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq, iqtisadi-ticarət münasibətləri və digər məsələlər də müzakirə olunub”.

 Rusiyalı politoloq Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu söyləyib: "Bu münaqişəsinin həlli Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir. Birincisi, ona görə ki, Rusiya Ermənistanın iqtisadi blokada vəziyyətində qalmasını deyil, inkişaf etməsini istəyir. Çünki Ermənistanın iqtisadi blokadada olması Rusiyaya da baha başa gəlir. Rusiya bu ölkənin iqtisadiyyatına milyardlar xərcləyir. Nəzərə alsaq ki, Moskva Qərbin sanksiyaları ilə üz-üzə qalıb, o zaman Ermənistanın iqtisadi tənəzzül vəziyyətindən çıxmasına ayrılan vəsaitlər Rusiya üçün əlavə xərclərdir. Rusiyanı istəməyən qüvvələr bu konfliktin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdırlar. O ki qaldı Moskvanın bu problemin həllinə nə qədər güc sərf etməsinə, onu deyə bilərəm ki, məndə olan məlumata görə, Rusiya Prezident AdministrasiyasıXarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük diqqət göstərirlər. Lakin Rusiya üçün Ukraynanın cənub-şərqi və Gömrük İttifaqı ilə bağlı yaranan problemlərin həlli daha ön plandadır”.  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az