ABŞ-ın Nyu Cersi ştatında polis sentyabr ayında ayı hücumu nəticəsində ölən tələbənin cib telefonu ilə çəkdiyi son fotoşəkili yayıb. Meşədə gəzişən 22 yaşındakı Darş Patel adlı gəncin çəkdiyi son görüntü ona hücum edən Qara Ayı olub.
Vətəninfo.az xəbər verir ki, polisin yaydığı şəkildə təxminən 140 kiloluq Qara Ayının Patelə tərəf gəldiyi görünür.
Mütəxəssislər, bölgədə Ayının insanlara hücum etməsinin çox nadir hallarda təsadüf edildiyini bildirib. Patelin cib telefonu, hücumun baş verdiyi New York şəhərinin təxminən 65 kilometr şimal-qərbində olan Apşava Qoruğunda meşəlik ərazidə tapılıb. Polis telefonun üzərində diş izləri olduğunu açıqlayıb.
Polisin verdiyi açıqlamaya görə, ayı meşədə gəzən 4 nəfər tələbəni izləməyə başlayıb. Bir müddət sonra onların hərəsi bir tərəfə dağılışıb. Yenidən bir araya gəldikdə isə Patelin itkin düşdüyü məlum olub. Patelin cəsədini 2 saat sonra tapan polis ayını vurub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR