Vətəninfo.az xəbər verir ki, yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. "Çətin ki, geri dönə" adlı şeiri oxucuların ixtiyarına veririk.
Sevinci qaytar mənə...
Qaytar mənə kədəri.
Son da maraq eləyir
başlanğıcı, əvvəli...
Küləksə yaşananı
qataraq qabağına
aparır uzaqlara...
Şəbi yelda gündüzü
çəkib hörük darına...
Gülüşü qaytar mənə...
Qaytar göz yaşlarımı.
Olub-keçənlər tez-tez
sarır yuxularımı...
Bir dəqiqəni belə
yox bölüşmək istəyim...
Yazılmaz günahıma
yəqin bu xəsisliyim...
Tufanı qaytar mənə...
Qaytar sakitliyimi.
Tükənməz olsa belə
məndə bu həyat eşqi -
Xahiş edirəm səndən
günün qürub çağını...
Yox! Ayaq saxla bir an,
sən bu gün Günəşimə
toxunma... yalvarıram.
Amma o eşitməyir
dediyim kəlmələri.
Onu yenidən məndən
alır, qoparıb gedir...
Payızı qaytar mənə -
o qızılı payızı...
Qaytar ruzigarımı...
İlıq nəfəsdən belə
əriyən ağ qarımı...
Əks-sədanı qaytar...
Qaytar mənə kölgəmi.
Axı, dünyada hər şey
dövr edir, təkrarlanır...
Yaşayıban başa vur
Bu günü də eləcə.
Çətin o bir də sənin
Sabah yanına dönə...
Rus dilindən çevirəni: Mahir Qabiloğlu

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL