Sentyabrın 10-da Litva parlamentinin payız sessiyasının ilk günü Seymə Sülh Bayrağı təqdim ediləcək.
Vətəninfo.az-ın məlumatına görə, ELTA-ya istinadla xəbər verir ki, fəxri mükafatı BMT yanında Sülh Bayrağı Beynəlxalq Komitəsinin rəhbəri, Latın Amerikasının məşhur aktrisası Alisiya Rodriqes Fernandes təqdim edəcək.
Sülh Bayrağı sülhü dəstəkləməklə bəşəriyyətin incəsənət, elm və mədəni dəyərlərini qorumağın rəmzi öhdəliyidir. Bayraq Prezident Alqirdas Brazauskas adına zalda mühafizə olunacaq və Sülh Bayrağı Gününün hər il qeyd olunduğu aprelin 15-də Seymin binasının yaxınlığındakı İstiqlaliyyət meydanında qaldırılacaq.
Bayrağın tarixi 80 il əvvəl imzalanmış, incəsənət, elm və tarixi abidələrin həm müharibə, həm də dinc dövrdə qorunması öhdəliyini qarşıya qoyan Rerix paktına gedib çıxır. BMT yanında Sülh Bayrağı Beynəlxalq Komitəsinin Litva əlaqələndiricisi Aukse Norvilenenin sözlərinə görə, mədəniyyət və mədəni irsin qorunması və dəstəklənməsində Litvanın xidmətlərini dünyada yüksək qiymətləndirirlər. A.Rodriqes Fernandes isə dünyaya təxminən 3 min bu cür bayraq təqdim edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL