“London taksiləri"ndə gedişhaqqı bahalaşdı
Bakıda fəaliyyət göstərən "London taksiləri"ndə gedişhaqqı bahalaşdırılıb.
Vətəninfo.az xəbər verir ki, BAKU.WS-in
əldə etdiyi məlumata görə, paytaxta yeni gətirilən 500 yeni taksi
əvvəlkilərdən komfortuna görə fərqlənir. Əgər əvvəllər "London
taksisi"nə mindikdə 1 manat sayğaca vurulurdusa, indi bu məbləğ 3
manatdır. Sərnişin 3 manat ödəməklə "London taksisi”lə 3 kilometrədək
gedə bilər. Bu məsafəni qət etdikdən sonra isə sərnişin ödənişi adi
qaydada, 10 kilometr üçün 70, sonrakı 10 km üçün 40 qəpik ödəməli
olacaq.
Bu həm
sərnişinlərə daha rahat və komfortlu xidmət göstərilməsi, həm də "London
taksiləri"nə çəkilən xərci ödəmək üçün əlverişlidir. Həmin taksilər
Bakı-Taksi-Xidmətinə aiddir.
"Əgər əvvəllər
taksi saxlayıb, 2 manat verib, onu məşğul edirdilərsə, indi 3 manat
verməli olacaqlar. Sərnişinlər də, əvvəlki taksilərlə 3 kilometri 3
manat 10 qəpiyə gedirdilərsə, indi bu məsafəni 3 manata qət edəcəklər.
Bu layihə özünü doğruldarsa, o zaman həmin avtomobillərdən yenə də
gətiriləcək”, - deyə bildirilib.