Lukaşenkonu Türkiyə xilas etdi - Şok iddia

Lukaşenkonu Türkiyə xilas etdi - Şok iddia

Türkiyə NATO-nun Belarusa qarşı həmləsinin qarşısını aldı.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post” qəzeti yazıb.

Nəşr NATO-nun Belarusda baş verən son gəlişmələrə zəif müdaxilə etdiyini bildirib: "NATO-nun zəif təpki verməsi göstərir ki, Lukaşenkonun kifayət qədər güclü dostları var. Türkiyə NATO-nun Minskə qarşı ehtimal olunan praktiki addımlarına veto qoyub”.

Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstandan Litvaya uçan "Ryanair” hava yollarına məxsus sərnişin təyyarəsi "bomba” xəbərdarlığı ilə təcili Belarus endirilib. Minskə endirilən təyyarədəki sərnişinlər arasında olan "Nexta” Teleqram kanalının qurucusu və belaruslu bloqqer polis tərəfindən saxlanılıb.

Bundan sonra ABŞ və Avropa İttifaqı Belarus hökumətinə qarşı sanksiya qərarı verəcəyini açıqlayıb. Bir çox Avropa ölkəsi bu olay səbəbindən Belarusa təyyarə reyslərini dayandırıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az