Azərbaycanda maaşını ala bilməyən kişi özünü yandırdı.
İyul ayının 22-si özünə od vuran 1955-ci il təvəllüdlü Məhəmməd Əliyev bu gün səhər
saatlarında Respublika Yanıq Mərkəzində keçinib.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, mərhumun bacısı
Zemfira Əliyeva bildirib ki, qardaşının özünü yandırmasına səbəb 7 ildir işlədiyi
inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsi olub.
"Məvacibini ala bilməyən Məhəmməd şirkətin Sumqayıtda yerləşən ofisinə
gedib. Ofisdə şirkətin rəhbər işçiləri ilə Məhəmməd Əliyev arasında mübahisə
yaranıb".
Bu mübahisədən sonra M.Əliyev ofisin həyətində üzərinə benzin tökərək özünü
yandırıb.
Ofis işçilərinin köməyi ilə alov söndürülüb və o dərhal Sumqayıt xəstəxanasına
gətirilib. Bədəninin 85%-i yanmış Məhəmməd bir neçə gün xəstəxanada qalıb.
Həkimlər onun vəziyyətinin ağırlaşdığını görərək iyulun 25-də Bakıda yerləşən
Respublika Yanıq Mərkəzinə göndəriblər.
Yanıq mərkəzində 2 gün qalan Məhəmməd Əliyev bu gün səhər saatlarında xəstəxanada
dünyasını dəyişib.
Artıq iş Sumqayıt şəhər prokurluğunda araşdırlmağa başlayıb. Prokurorluğun əməkdaşları
xəstəxanaya da gəliblər.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorloğunda cinayət işi açılıb, araşdırma
aparılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL