Maltanın Baş naziri Jozef Muskat aprelin sonunda Azərbaycana gələcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. Maltanın hökumət rəhbəri Forum çərçivəsində müzakirələrə qatılaraq “Avropa Birliyi və onun qonşuluq siyasəti” mövzusunda çıxış edəcək.
Qeyd edək ki, Jozef Muskat 2014-cü ilin dekabr ayında Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
Xatırladaq ki, uzun illər radio jurnalisti kimi fəaliyyət göstərən 41 yaşlı J.Muskat sonradan siyasətlə məşğul olaraq deputat seçilib, Leyboristlər partiyasına rəhbərlik edib. 2013-cü ilin martından isə ölkənin Baş naziri vəzifəsinə təyin olunub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR