Vətəninfo.az xəbər verir ki, Şamaxı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-Pirqulu yolunun 25-ci kilometrliyində, rayonun Qızmeydan kəndi ərazisində qeydə alınıb. Özəl yol təmir-tikinti şirkətinə məxsus olan “Mitsubishi” markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində maşında olan işçilər - Kürdəmir rayon sakinləri, 1990-cı il təvəllüdlü Kərimov Sərdar Qurbət oğlu, 1990-cı il təvəllüdlü Xələfov Cavanşir Fərəc oğlu, 1995-ci il təvəllüdlü Gəncə sakini İbrahimov Razi Vüqar oğlu və 1986-cı il təvəllüdlü Samux sakini Quliyev Ceyhun Şakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR