Vətəninfo.az xəbər verir ki, Siyəzən rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayon ərazisində minik maşını su kanalına düşüb. Qəza zamanı avtomobildə olan 4 nəfərdən 2 nəfəri sudan sağ çıxarılıb. Digər 2 nəfər isə batıb. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün axşam saat 22:37 radələrində baş verib. “VAZ-2107 markalı avtomobil Taxtalıkörpü adlanan suvarma kanalına düşməsi nəticəsində avtomobildə olan 1977-ci il təvəllüdlü Xızı rayon sakini Rəşad Pirəli oğlu Əmirov və 1997-ci il təvəllüdlü Əliisgəndər Əlövsət oğlu Babayev sudan sağ xilas olunub.
Digər sərnişinlər, 1986-cı il təvəllüdlü Bakı şəhər, Yasamal rayon saini 1986-cı il təvəllüdlü Əlikişi Zikrət oğlu Şirinov və Əliisgəndər Əlövsət oğlu Babayev suda batıblar. Xilasedicilər hələlik Əlövsət Əliisgəndər oğlu Babayevin meyidini çıxarıblar. Digərinin meyidi axtarılır. Qeyd edək ki, Əliisgəndər Babayev suda boğulan Əlövsət Babayevin oğludur. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR