Dünyanın ən iri fast food restoranlar şəbəkələrindən birinin sahibi Amerikanın McDonald's korporasiyasına bu ilin mart ayından etibarən Stiven İsterbruk rəhbərlik edəcək.
Hazırda Stiven İsterbruk korporasiyanın baş icraçı vitse-prezidenti və reklam şöbəsinin rəhbəridir. McDonald's korporasiyasına təxminən 2,5 il rəhbərlik edən hazırkı prezident Don Tompsonun bu il martın 1-dən etibarən istefa verəcəyi bildirilir.
Kompaniyanın son ildə 2,25 faiz ucuzlaşan aksiyaları bu xəbərdən sonra bahalaşmağa başlayıb. Onların qiyməti elektron hərracda təxminən 3 faiz artaraq 91,50 dollara çatıb.
Qeyd edək ki, McDonald's korporasiyasının ABŞ-da 14 minə qədər restoranı fəaliyyət göstərir. Ümumilikdə isə dünyanın 100 ölkəsində kompaniyanın brendi altında gün ərzində təxminən 70 milyon insana xidmət göstərən 36 mindən artıq restoran işləyir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR