Tibb elmləri doktoru, professor Rüstəm Rüstəmovun yeni monoqrafiyası - “Məhəbbətin sirri” kitabı “Nurlar” nəşriyyatı tərəfindən çap edilib.
Nəfis tərtibatda çapdan çıxmış bu nəşrdə müəllifin “məhəbbət” fenomeninə həsr olunmuş tədqiqatları yer alıb. Kitabda humanitar və təbiət elmlərinin nailiyyətləri ümumiləşdirilərək, məhəbbət hissinin yaranması ilə insanın varlığında baş verən dəyişikliklər ətraflı şərh olunub. Professor Rüstəm Rüstəmov “məhəbbət” anlayışının ibtidai insan qruplarında yaranmasını, cəmiyyətin inkişaf mərhələlərinə uyğun olaraq təkamülünü, insanın genetik və mədəni irsiyyəti ilə əlaqəsini, din və ictimai əxlaq normaları daxilində müxtəliflik qazanmasını, həmçinin insanların davranışına təsiri məsələlərini maraqlı şəkildə izah edib.
Filologiya üzrə fəlsəfə doktoru Elçin Cabbarovun elmi redaktorluğu ilə nəşr olunmuş bu kitab psixoloqlar, sosioloqlar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL