Məhəmməd Əli ölüm ayağındadır-«The Daily Mirror» nəşri

 Məhəmməd Əli ölüm ayağındadır-«The Daily Mirror» nəşri

Dünən xəstəxanaya yerləşdirilmiş əfsanəvi amerikalı boksçu, 74 yaşlı Məhəmməd Əli (əsl adı - Kassius Marsellus Kley) ölüm ayağındadır.

Virtualaz.org Britaniyanın «The Daily Mirror» nəşrinə istinadən xəbər verir ki, bunu idmançının qohumları deyiblər.

Hazırda Əli intensiv terapiya şöbəsində müalicə alır, lakin həkimlər boksçunun övladlarını xəbərdar ediblər ki, «son yaxındır». Həkimlər əvvəlcə Məhəmməd Əlinin digər xəstəxanaya nəqlini nəzərdən keçirsələr də, bunun xəstənin həyatı bahasına başa gələcəyini anlayaraq, fikirlərindən dönüblər.

Son bir neçə il ərzində Məhəmməd Əli Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Əli boks üzrə mütləq dünya çempionu və 1960-cı ilin Olimpiya Oyunlarının qalibidir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az