Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı İran xəbər saytları yayıb.
Festival avqustun 27-dən sentyabrın 7-dək keçiriləcək.
Festivalın açılışı "Məhəmməd" filminin təqdimatı ilə baş tutacaq.
Film Məhəmməd Peyğəmbərin uşaqlıq həyatından bəhs edir. Ekran əsəri İran və Türkiyə kino mütəxəssislərinin qarşılıqlı əməkdaşlığı əsasında baş tutub.
"Məhəmməd" filminin ümumi büdcəsi 30 milyon dollar təşkil edir. Ekran əsərində animasiya və aksiyon səhnələrdən də istifadə edilib.
Filmdə peyğəmbər obrazını ifa edən aktyorun üzü göstərilmir. Çəkilişlərin bir hissəsi Məkkə və Mədinə şəhərlərində aparılıb.
Xatırladaq ki, rejissor Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.
"Məhəmməd" filminin premyerası Monrealda nümayiş etdirilməklə bərabər, eyni vaxtda Tehranda da tamaşaçılara təqdim ediləcək.
Qeyd edək ki, Məcid Məcidinin rejissorluğu ilə çəkilən filmin baş operatoru "Oskar" mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı isə "Oskar" mükafatının daha bir laureatı hindistanlı Allah-Raxa Rəhmandır.
Filmin ilk kadrları artıq yayımlanıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL