Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı baş verən faciəyə görə məsuliyyət daşıyan şəxslərlə bağlı müzakirələr və iddialar davam edir.
Vətəninfo.az-ın APA TV-yə istinadən xəbərinə görə, kral Salman faciəyə səbəb olduğu deyilən 28 nəfərin edamına qərar verib. Lakin iddia edilir ki, həmin 28 nəfərin məlum hadisələrin baş verməsində günahı olmayıb.
Yüzlərlə insanın ölümünə səbəb olan izdiham kral Salmanın oğlu şahzadə Məhəmmədin həmin gün öz korteji ilə yaxınlıqdan keçməsi və bu səbəbdən yolların bağlanmasına görə baş verib. Lakin Səudiyyə hakimiyyəti bu faktı gizlətməkdə maraqlıdır və tez-tələsik 28 nəfəri edam etməklə aranın sakitləşməsinə çalışır.
O da bildirilir ki, həbs edilən 28 nəfərin başı tez bir zamanda kəsiləcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı məlum hadisələr zamanı 769 nəfərin öldüyünü bildirsə də, İran bu rəqəmin 4700 olduğunu bəyan edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL