"Məktəbli formalarının dizaynında hər hansı dəyişiklik edilməyəcək. Dəyişiklik yalnız dəstlərin qiymətləri ilə bağlıdır”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında "Bakı Tikiş Evi"nin Satış
şöbəsinin rəisi Etibar Əzimov deyib. O qeyd edib ki, aşağı siniflər üçün
məktəbli dəstələri ölçülərə görə əvvəl 30-35 manat idisə, bu qiymət
artıq qruplaşdırılıb və 34 manat məbləğində müəyyən edilib.
"Yuxarı siniflər üzrə məktəbli dəstləri ölçülərə görə 40-45 manat idisə, hazırda 43 manatdır”.
E.Əzimov məktəbli formalarını alanların az olduğunu qeyd eidb. "İndi hamı istrahətdə olduğu üçün alıcılar azdır. Kimlər ki, növbəsiz almaq istəyir, indidən alırlar. Qalanları isə dərslərin açılmasına 5-10 gün qalmış əla-ayağa düşürlər”.
Satış şöbəsinin rəisi hazırda bazarda saxta məktəbli formalarına rast gəlmədiyini vurğulayıb. "Hələki saxta məktəbli formalarının satışı aparılmır. Yəqin onları satanlar da dərslərin açılmasına az qalmış canlanacaqlar. Biz hazırda müəyyən qədər məktəbli forması tikmişik, təlabat olarsa yenidən tikiləcək. Bizdə həm hərbi sifarişlər, həm uniformalar tikildiyi üçün gərgin iş gedir. Tikiş evində 800 qadın çalışır, ona görə gərgin iş rejimində çalışırıq” deyə E.Əzimov qeyd edib.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri