Meladze Bakıya gəlir

Meladze Bakıya gəlir

Rusiyanın ən tanınmış, Azərbaycanda çox sevilən daha bir müğənnisi Bakıya gəlir.

Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, əməkdar artisti Valeri Meladze Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsert onun 50 illik yubileyi münasibətilə keçiriləcək.
Noyabrın 19-na Heydər Əliyev Sarayında planlaşdırlan solo konsert proqramı “Polsta” adlanır.
Konsertdə əməkdar artist, istedadlı müğənni özünün ən populyar və sevimli hitlərini səsləndirəcək.
Geniş səs diapazonuna, qeyri-adi tembrə, özünəməxsus ifaçılıq qabiliyyətinə malik Valeri Meladze Rusiya estradasının ən populyar sənətçilərindəndir.
V. Meladze 1965-ci ildə Batumidə doğulub. Mühəndis ailəsində musiqi ilə məşğul olan olmayıb. O, isə musiqi məktəbini, fortopiano sinfini bitirib.
Onun ilk çıxışı "Dialoq" qrupunun tərkibində 1989-cu ildə olub. Qrupu 1993-cü ildə tərk edən ifaçı solo fəaliyyətə başlayıb.
1997-ci ildə Meladze "Eurovision" müsabiqəsində iştirak edərək "Primadonna" mahnısını ifa etməli idi. Amma xəstələndiyi üçün onu müsabiqədə Alla Puqaçova əvəz edib və 15-ci yeri qazanıb.
V.Meladzenin iki evlilikdən 5 uşağı var. Ən böyük qızının 24, kiçik oğlunun isə 1 yaşı var.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az